Azərbaycandan Ermənistana darmadağın xəbərdarlığı

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı gecikmiş təhliləbənzər etirafı məğlubiyyətə uğramış “sərkərdənin” özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. S.Ohanyanın açıqlamaları real hadisələri və vəziyyəti əks etdirməyərək, hələ keçən əsrdə hazırlanmış döyüş nizamnamələrindən köçürülmüş şablon cümlələrdən ibarətdir. Belə ki, əgər ermənilər döyüş ehtiyatlarından istifadə etmədiklərini, tankçılarının “məharət və şücaətlə” döyüşdüklərini iddia edirlərsə, bəs müdafiənin dərinliyindən köməyə cəlb edilərək kolonlarla hərəkət edən ermənilərin 30-dək döyüş tankının və onlarla artilleriya qurğusunun məhv edilməsinin etirafını sadalamağı niyə unudur. Bir neçə gün bundan əvvəl erməni tərəfi iddia edirdi ki, Azərbaycan dörd hərbi birləşmənin iştirakı ilə irimiqyaslı hücuma keçib. İndi isə S.Ohanyan bu məsələni unudaraq döyüşlərin taqım səviyyəsində aparılmasını öz xalqına sırımağa çalışır. S.Ohanyanın guya erməni ordusunun arsenalında olan hansısa daha güclü silahlar barədə absurd fikirləri isə heç bir məntiqə sığmır. Sual olunur əgər bu silahlar mövcuddursa, həmin silahların tətbiq edilməsinə kim ona mane olurdu? Biz əminik ki, əgər belə bir silah olsaydı heç şübhəsiz erməni işğalçıları onu tətbiq edərdi. Bəlkə S.Ohanyan hələ keçmiş sovetlər dövründən Ermənistan ərazisindəki hərbi bazalarda qalan və yaxud “erməni ustaların” əldəqayırma üsulla hazırladıqları kimyəvi silahları nəzərdə tutur? Belə olan halda düşmən unutmasın ki, əgər təxribat törədərək bu silahdan istifadə edərsə, yaxud atəşkəsi təkrar pozarsa, mülkü əhalinin təhlükəsizliyinə təhdid edərsə, o halda veriləcək cavabımız daha dəqiq, daha qətiyyətli və sərt olacaqdır.Digər bir məsələ, Ohanyanın iddiasına görə onlarda böyük səfərbərlik ehtiyatlarının, könüllülərin və güclü döyüşkən ordunun olmasıdır ki, bu da elə ilk gündən iflasa uğradı. Aclıqdan, səfalətdən, heç bir təminatı olmayan, hətta pensiya belə almayan “bir qarın yemək xətrinə toplaşan könüllülərin”, mülkü əhalinin qətlində əli qana bulaşmış səfil cəlladların və zorla səngərlərə yerləşdirilən qocaların da sayını nəzərə alsalar, bəlkə onda Ermənistanın səfərbərlik ehtiyatları olduğunu iddia edə bilərlər. Ohanyanın Ermənistan ordusunu Silahlı Qüvvələrimzlə müqayisə etməsi də onun xülyası və yerinə yetməsi mümkün olmayan arzusudur. Azərbaycan ordusunun hərbi qüdrəti, silahının gücü artıq reallıqdır, danılmaz faktdır və son hadisələr buna əyani sübutdur.
O ki qaldı Ohanyanın cəbhə xəttindəki mövqelər barədə iddialarına, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhə boyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi. Erməni hərbi birləşmələrinin yüksək səviyyədə idarə olunması və kəşfiyyatının təşkili barədə iddialar da gülüncdür. Onların tərif etdikləri idarəetmə sistemi elə ilk gündən nə dərəcədə primitiv vəziyyətdə olduğunun, ordunun isə Azərbaycan hərbi bölmələrinin elə ilk zərbələrindən iflic vəziyyətə düşdüyünün sahidi olduq. Hərbi əməliyyatlar göstərdi ki, erməni silahlı birləsmələrinin təminatı, təhcizatı, əlavə qüvvələrin cəlb edilməsi işi necə xaotik və idarəolunmazdır, bölmələr nə qədər özbaşınadır. Hadisələr erməni hərbçilərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi.
Emin
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










