Azərbaycandan Rusiyaya 120 yük maşını yola düşüb

Dağıstanda sürücülərin etiraz aksiyası nəticəsində yaranan nəqliyyat blokadası həll olunur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, aprelin 10-da Rusiya nəqliyyat nəzarətinin Dağıstan Respublikası üzrə məlumatına görə, Azərbaycandan Stavropol vilayətinə 120 yük maşını yola düşüb, onların arasında Dağıstana məxsus yükdaşıyıcıları da var. Bakı istiqamətində isə 25 yük maşını yola düşüb. Qarabudaxkent rayonunun Manas kəndi yaxınlığında 80-ə yaxın yük maşını qalıb. “RİA Daqestan” nəşri qeyd edir ki, Rusiya nəqliyyat nəzarətində Dağıstan Respublikası üzrə yükdaşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Bu görüşdə tərəflər respublikada sabitliyin pozulmasının qarşısını almaq üçün “Platon” sisteminə qarşı aksiyaları dayandırmağa dair razılıq əldə ediblər.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












