Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin QİYMƏTLƏRİ AÇIQLANIB

Bu ilin dekabr ayında Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Polşanın paytaxtı Varşava istiqamətində qeydə alınıb.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Varşavaya birbaşa uçmaq 243,2 avroya, tranzit yolla uçmaq isə 156,2 avroya başa gəlib.
Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 6,8 % və 5,2 dəfə azdır.
2-ci yerdə Hindistanın Dehli şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 233,2 avro və 300,2 avro təşkil edib.
Növbəti yeri Çinin paytaxtı Pekin tutub. Bu şəhərə birbaşa uçuş 226,1 avroya (35,4 % az), tranzitlə uçuş isə 391,4 avroya (2,8 dəfə az) başa gəlib.
Dekabrda Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 617,9 avro (2,2 dəfə az) olmaqla Portuqaliyanın paytaxtı Lissabon istiqamətində qeydə alınıb.
İlk üçlüyə ABŞ-nin Nyu-York şəhəri 549,5 avro (3 dəfə az) və Yaponiyanın paytaxtı Tokio 404,7 avro (3,9 dəfə az) qiymətlə daxil olub.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin qiymətləri açıqlanıb.
Bu ay Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 179,5 avro ilə Yekaterinburq şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 160 avroya başa gəlib. Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 6 % və 5 dəfə azdır.
Nobosibirskə uçmaq birbaşa 175,2 avroya (- 30,1 %), tranzitlə 216,1 avroya (- 54,7 %), Volqoqrada uçmaq birbaşa 155,8 avroya (+18,9 %), tranzitlə 227,5 avroya (- 31,8 %), Sankt-Peterburqa uçmaq birbaşa 145,3 avroya (+ 5,2 %), tranzitlə 154,3 avroya (- 4 dəfə ), paytaxt Moskvaya uçmaq birbaşa 142,9 avroya (-32,5 %), tranzitlə 135,3 avroya (-5,7%), Qroznıya uçmaq birbaşa 138,7 avroya ( - 5,6 %), tranzitlə 223,2 avroya (- 71,4 %), Kazana uçmaq birbaşa 135,8 avroya (- 20,8 %), tranzitlə 157,7 avroya (- 4,1 dəfə ), Soçiyə uçmaq birbaşa 117,8 avroya (- 23 %), tranzitlə 133 avroya (- 58,3 %), Samaraya uçmaq birbaşa 117,3 avroya (- 22,3 %), tranzitlə 167,6 avroya (-50,9 %), Mahaçqalaya uçmaq birbaşa 107,3 avro (-61,2 %), tranzitlə 156,2 avroya (- 51,9 %), Mineralnıye Vodıya uçmaq birbaşa 96,4 avroya (- 46,4 %, tranzitlə göstərilməyib), Vladiqafqaza uçmaq birbaşa 92,6 avroya, tranzitlə 213,2 avroya (- 2 dəfə ), Həştərxana uçmaq birbaşa 82,6 avroya (- 28,1 %), tranzitlə 157,7 avroya (- 2 dəfə ) başa gəlib.
Dekabrda Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək orta qiymət 87,8 avro (- 46,7 %) ilə İstanbul şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 108,3 avroya ( - 4,1 dəfə) başa gəlib.
Paytaxt Ankaraya uçmaq birbaşa 80 avroya ( - 47,7 %, tranzitlə olmayıb), İzmirə uçmaq birbaşa 78,8 avroya ( - 30,8 %), tranzitlə 117, 8 avroya ( - 49,2 %), Antalya, Alanya və Bodruma uçmaq birbaşa olmasa da, tranzitlə müvafiq olaraq 124,9 avroya ( - 53 %), 120,6 avroya (-4,2 dəfə) və 110,2 avroya ( - 2,1 dəfə) başa gəlib.
Bu ay BƏƏ-yə ən yüksək orta qiymət Şarjaya olub. Bu şəhərə uçmaq birbaşa 146,7 avroya (- 2,2 dəfə ), tranzitlə 209,4 avroya, Dubaya uçmaq birbaşa 146,7 avroya (- 51,7 %), tranzitlə 232,7 ( - 43,2 %) avroya, Əbu-Dabiyə uçmaq isə birbaşa 98,3 avroya (+ 29,3 %, tanzitlə olmayı
Dekabrda Gürcüstanın paytaxtı Tbilisiyə birbaşa uçmaq 52,7 avroya ( - 35,7 %), Batumiyə birbaşa uçmaq 47,5 avroya, tranzitlə 177,6 avroya ( - 16,6 %) başa gəlib.
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










