Azərbaycanın 20 ildir axtardığı cinayətkar tapıldı - Başqasının pasportu ilə...

İyirmi ildir Rusiyada başqa adla gizlənən Azərbaycandan olan cinayətkar dəstənin lideri Moskvada saxlanılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Cənubi Qafqazdan olan 49 yaşlı şəxs Azərbaycanda törətdiyi soyğun, adam oğurluğu və banditizmə görə beynəlxaq axtarışa verilmişdi. O, SSRİ vətəndaşı olmuş birinin pasportundan istifadə edərək 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, bu adda və əlamətlərdə Azərbaycanda yaşayan şəxs tamamilə başqa biridir.
Həmin şəxsin kirayə qaldığı evdə axtarış aparılan zaman İJ-70 döyüş tapançası, “Brauninq”, 23 patron, həmçinin Qazaxıstan vətəndaşının saxta pasportu tapılıb.
***
Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












