Azərbaycanın 27 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI

Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib. Avtosfer.az-ın xəbərinə görə, Komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub. Həmin müraciətlərdə, həmçinin addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi yığıncaqların protokollarında bu komissiyadan, ümumilikdə, 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifinə rəy verilməsi xahiş olunub. Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi və inkişafına, saflaşdırılması və zənginləşdirilməsinə göstərilən dövlət qayğısından söz açan İ.Həbibbəyli Azərbaycanda bu istiqamətdə müxtəlif qurumlarda görülən işlərdən bəhs edib. O bildirib ki, yer adları ya tarixi adın, ya da yerli toponimin bərpası prinsipi ilə dəyişdirilə bilər.
Sonra iclasda Yevlax şəhərindəki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Masallı, Oğuz, Saatlı, Samux və Şəmkir rayonlarındakı bəzi yaşayış məntəqələrinin adının dəyişdirilməsinə dair təkliflərə baxılıb. İşgüzar müzakirələrdə dilçi alimlər, Toponimiya Komissiyasının üzvləri, deputatlar ətraflı fikir mübadiləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adlarının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin XX əsrdə sovet ideologiyasının daşıyıcısı olan şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb. Bir təklif yenidən baxılmaq üçün müvafiq icra hakimiyyətinə qaytarılıb.
Elməddin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












