Azərbaycanın baş kardioloqu geomaqnit qasırğası ilə bağlı insanlara xəbərdarlıq edib

“Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir”.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın baş kardioloqu Faiq Quliyev “Report”a açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: “Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir”.
Mütəxəssis təbiət hadisəsi zamanı sadalanan xəstəliklərdən əziyyət çəkən insanların dərman qəbulunu dayandırmamağı məsləhət görüb.
O qeyd edib ki, təzyiq və şəkərli diabet xəstələri xəstəliklərinin göstəricilərini daim nəzarət altında saxlamalıdırlar: “Həmin xəstələr adi vaxtda bunu bir həftədən bir edirdilərsə, belə olanda gündəlik yoxlamalıdırlar. Yəni nəzarət məhz bu günlərdə artmalıdır. Lazım gələrsə, hətta dərmanın qəbul dozasını həm artırmaq, həm də azaltmaq mümkündür. Qasırğanın təsir müddəti bitdikdən sonra hər şey öz əvvəlki qaydasında olmalıdır”.
“Belə günlərdə evdə və ya bayırda olmağın heç bir fərqi yoxdur. Həmçinin maqnit qasırğasının kişi və ya qadın xəstələrə təsirinin də fərqi olmur. Əsas yaşlı nəsil həssas olur" - deyə F.Quliyev əlavə edib.
Xatırladaq ki, bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, təsiri isə 11 və ya 12 oktyabrdan başlayacaq. Bu təsir, adətən, Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir. Hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hazırda Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












