Azərbaycanın benzin idxal edəcəyi ölkələr müəyyənləşib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayı ərzində ölkəyə 45 min ton Ai-92 markalı avtomobil benzini idxal edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a SOCAR-dakı mənbə bildirib.
Mənbə qeyd edib ki, bu həcmdən 15 min ton Yunanıstan, 10 min ton Rumıniya, 20 min ton isə Rusiyadan idxal olunacaq.
Xatırladaq ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) avqustun 1-dən cari təmir işlərinə başlanıb. Adətən 25-30 təqvim günü davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq daxili bazardakı tələbatı ödəmək üçün SOCAR Nazirlər Kabinetinə idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət edib.
Nazirlər Kabineti də "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarına dəyişiklik edib. Aksiz vergisi ilə bağlı dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Digər dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərarlar avqustun 16-dan başlayaraq 60 gün müddətində qüvvədədir.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










