Banner

Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil - XİN

Gündəm 26 Dekabr 2025 22:30 Oxunub 154
Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil - XİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanla Naxçıvan arasında bağlantı yaradılması ilə bağlı 2020-ci ildə razılıq var idi. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan uzun müddət bu istiqamətdə heç bir addım atmayıb:

“Azərbaycan bu istiqamətdə avtomobil yolunun, dəmir yolunun inşası ilə bağlı dərhal işlərə başlayıb. Gələn ilin sonuna qədər Azərbaycan ərazisindən keçən dəmir yolu Ermənistan sərhədinə qədər çatacaq”.

Nazir qeyd edib ki, TRİPP marşrutu layihəsi ABŞ üçün çox mühümdür:

“Bu layihənin icrası üçün Ermənistan tərəfində də artıq işlərə başlanmalıdır. Bizdə olan məlumat ondan ibarətdir ki, ABŞ-ın bu işlə məşğul olan nümayəndələri hazırda Ermənistanla danışıqlar prosesindədir. Bu, ikitərəfli formada həyata keçirilir. Ümid edirik işlər sürətlənəcək. Eyni zamanda, TRİPP marşrutunun həm giriş, həm çıxış nöqtəsi Azərbaycan ərazisidir. Azərbaycanın əməkdaşlığı olmadan bu layihənin icrası mümkün deyil. Biz ona görə də şərtlərimizi və gözləntilərimizi əvvəlcədən təqdim etmişik. Hesab edirik ki, nəzərə alınacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh