Azərbaycanın İtaliyadakı səfiri: Önyarqı və ikili standartlar yetər!

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu Il Giornale qəzeti, Adnkronos xəbər agentliyi, Kmetro0, Notizie Tiscali, Notizie Yahoo, Occhio Notizie, Telenicosia, Politicamente Corretto, Agenzia Nova və digər mətbuat orqanları Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə son raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı açıqlamasını dərc ediblər.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan səfiri bildirib ki, İtaliya hökuməti, parlament üzvləri, siyasi partiyaları, kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və mülki azərbaycanlı əhaliyə törətdiyi müharibə cinayətlərinə biganə qalmamalıdılar. Diplomat qeyd edib ki, erməni tərəfinin yalanlarına inananlar, Ermənistanın iddialarını kor-koranə dəstəkləyənlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə ağır artilleriya silahları, raketlərin istifadəsi ilə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən nəticə çıxarmalıdılar. M.Əhmədzadə əlavə edib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları nəticəsində 60 mülki azərbaycanlı qətlə yetirilib, 270 nəfərdən çox mülki şəxs yaralanıb.
Fikirlərinə davam edən səfir vurğulayıb: “Önyarqı yetər! İkili standartlar yetər! Məsələyə ideoloji don geyindirmək yetər! “Xristian ermənilər” və “müsəlman azərbaycanlılar” kimi bölünmə yetər! Nəhayət anlamaq lazımdır ki, bu münaqişənin din ilə heç bir əlaqəsi yoxdur! Anlamaq lazımdır ki, Ermənistan sülh istəmir! Anlamaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyir. Anlamaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qovduğu 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını istəmir. Buna nail olmaq üçün də Ermənistan Azərbaycana qarşı yalan və saxtakarlıqlarla dolu propaqanda aparır”.
Diplomat açıqlamasını bu fikirlərlə yekunlaşdırıb: “Əgər doğurdan da Ermənistan sülh istəyirsə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır. Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bölgədə sülhə əsas təhdiddir”.
Diplomatın açıqlamaları ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq olar:
https://kmetro0.it/2020/10/17/azerbaijan-attacco-armeno-a-ganja-uccisi-13-civili-i-feriti-oltre-55/
https://it.notizie.yahoo.com/nagorno-missile-su-case-azerbaigian-092057381.html
https://www.occhionotizie.it/nagorno-missile-azerbaigian-morti/
https://www.telenicosia.it/nagorno-missile-su-case-in-azerbaigian-almeno-13-morti/
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










