“Azərbaycanın iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”

“Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün Gilan əyalətinə səfəri çərçivəsində deyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə də Rəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: “Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə Hindistandan yüklər daşınacaq”. Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir. Qeyd edək ki, İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










