Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib

Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət edib. Virtualaz.org bildirir ki, bu haqda Feysbuk sosial şəbəkəsindəki səhifəsində E.Baxşiyev özü yazıb. Emin Baxşiyev həmçinin bildirib ki, işdən çıxarılması haqqında da ərizə yazıb. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı bunu ölkə hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə təzyiqlə izah edib.
Emin Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, Azərbaycan səfirliyində sürücü vəzifəsinə təyin olunub.
Qeyd edək ki, keçən il bir sıra Azərbaycan diplomatlarının Avropa ölkələrindən və Avstraliyadan siyasi sığınacaq almaq xahişləri ilə əlaqədar qalmaqal olmuşdu.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












