Azərbaycanla İran arasında sərhədlər açılır? - RƏSMİ AÇIQLAMA

Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Səfir bildirib ki, Ərdəbil əyalətinin rəsmiləri ilə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən dəmiryolu, sərhəd bazarları və müştərək iqtisadi zonaların yaradılması kimi layihələr müzakirə olunub. Kənd təsərrüfatı məhsullarının ixracı, tranziti və daşınması da diqqət mərkəzində olub.
"Ümid edirik ki, prezidentlər səviyyəsində razılaşdırılmış əməkdaşlıq davam etdiriləcək və Ərdəbil iki ölkə arasında dostluğun inkişafında daha aktiv rol oynayacaq", - deyə Dəmirçilu vurğulayıb.
Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
"Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu qeyd edib.
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO










