Azərbaycanla Monteneqro arasında birbaşa aviareys açılacaq

Azərbaycan və Monteneqronu 2018-ci ilin iyulundan birbaşa aviareys bağlayacaq. Bu barədə Trend-ə açıqlamasında Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib. Nazir bildirib ki, Bakı və Monteneqro arasında birbaşa aviareysin mövcudluğu iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi üçün əsas ilkin şərtdir: "Artıq Bakı-Tivat-Bakı birbaşa çarter aviareysinin açılışı haqqında razılıq əldə olunub. Reyslər iyulun 5-dən sentyabrın 13-dək həftədə iki dəfə olmaqla yerinə yetiriləcək. Lakin ümid edirəm ki, gələcəkdə reyslərin sayı artırılacaq".
S.Darmanoviç qeyd edib ki, ölkəsi Azərbaycandan turist axınının artmasında maraqlıdır: "Biz Monteneqroda Azərbaycandan daha çox turist görmək istərdik. 2015-ci ildə Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edib. Onlar mövcud pasportla vizasız Monteneqroya gələ və 90 gün ərzində qala bilərlər. Bununla belə, biz yalnız turistləri deyil, azərbaycanlı iş adamlarını, tələbə və mütəxəssisləri də görməyə şad olarıq". Nazir əlavə edib ki, daha çox ölkəyə azərbaycanlı turist cəlb etmək üçün Monteneqronun Turizm Bürosu bu yaxınlarda Bakıda Azərbaycanın "PASHA Travel" turoperatoru ilə birgə uğurlu təqdimat keçirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












