Azərbaycanla Tacikistan arasında aviareys açılacaq

Tacikistanın “Tacik Alüminium Şirkəti” və “Somon Air” aviaşirkətinin nümayəndələrindən ibarət biznes deleqasiya Azərbaycanda rəsmi səfərdə olub. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində qonaqlar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Hacıyev, “Buta Airways”in baş direktoru Cəmil Manizadə və “Silkway”in birinci vitse-prezidenti Teymur Həsənovla görüşüblər.
Danışıqlar nəticəsində “Somon Air” dekabrdan etibarən həftədə iki dəfə Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə marşrutu üzrə daimi reyslərə başlayacaq.
Səfər çərçivəsində yükdaşımalarla da bağlı bəzi razılıqlar əldə edilib. Belə ki, mülki aviasiya sahəsində çalışan tacik mütəxəssislər Azərbaycanın ixtisaslaşmış təhsil müəssislərində təlim keçəcəklər.
Azərbaycanda olan Tacikistan nümayəndə heyəti həmçinin iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin sədri Rauf Vəliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Davud Məmmədov və “DET-Al” alüminium zavodunun baş direktoru Sərxan Babayevlə görüşüb.
Tacikistanın “TALCO” şirkəti ilə “DET-Al” arasında təchizat müqaviləsi imzalanıb və bu müqavilə dekabrda qüvvəyə minəcək. Həmçinin, 2018-ci ildə Gəncə Alüminium Zavoduna investisiya yatırılması ilə bağlı da razılıq əldə edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












