Azərbaycanlı avtoritetlərin “sxodkasına” polis basqını - 50 nəfər saxlanıldı

Rusiya Xüsusi Təyinatlılarının və “Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov öz cinayətkar qruplaşmaları arasındakı münasibətlərə aydınlıq gətirmək istəyiblər. “Kiçik Gürcüstan” restoranından onlarla adam çıxarılıb və onların hamısı əlləri boyunlarının arxasında olmaqla üzüüstə asfalta sərilməyə məcbur edilib. “Avtozak”larda təxminən 50 nəfər aparılıb.
Nəşr qeyd edir ki, 47 yaşlı Rəhman Abdullayev Çelyabinskin "smotryaşisi”, Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun “sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə saxlamışdılar. Hər ikisi şərti cəza almışdı. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasının “krışalığını” təmin edib.
74.ru agentliyi isə şahidlərə istinadən bildirir ki, güc strukturları restoranda axtarış da aparıblar və içəridə olanların hamısını – müştəriləri, aşpazları, həmçinin qonşu müəssisələrdən olan insanları “götürüblər”. Bundan başqa, bir neçə avtomobilə baxış da keçirilib.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










