Azərbaycanlı biznesmen oğurlanıb - 1,5 milyon avro istəyirlər

Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində baş verib. Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb. Həmin an müşahidə kamerasına düşüb. Onlar öncə kişini yerə yatırır, sonra isə “Volkswagen Caravelle” markalı göy rəngli mikroavtobusa əyləşdirirlər. Daha sonra həmin şəxslər oğurladıqları kişinin 45 yaşlı həyat yoldaşına zəng açıb və ərinin azadlığa çıxması üçün 1,5 milyon avro tələb ediblər.
Oğurlanan şəxs Astara rayonunun Ərçivan kəndində anadan olub, hazırda Peterburqun Prosveşeniya prospektində qeydiyyatdadır. O, əvvəllər ərzaq daşınması ilə məşğul olan kiçik firma sahibi olub, firma 2013-cü ildə bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










