Azərbaycanlı gəmiçilər Yunanıstanda axtarılır

Gündəm 19 Mart 2016 09:49 Oxunub 1477
Azərbaycanlı gəmiçilər Yunanıstanda axtarılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Egey dənizində itkin düşən azərbaycanlıların axtarışları davam edir

Artıq bir aya yaxındır ki, Egey dənizinin sularında itkin düşən 3 azərbaycanlı dənizçi barədə hələ də bir xəbər yoxdur. İtkin dənizçilərdən biri 25 yaşlı Mövlud Rəşidbəylidir. Valideynləri Mövludun dənizçilik akademiyasını bitirdiyini və bu günə qədər heç bir yerdə işləmədiyini deyir. Fevralda “Gediz” dənizçilik şirkəti ilə 6 aylıq müqavilə imzalayan Mövlud, Türkiyəyə yola düşür. Atası deyir ki, axırıncı dəfə oğlu ilə fevralın 20-də telefonla danışıb və Mövlud dənizə çıxdıqlarını, yalnız 3 gündən sonra sahilə çıxan kimi yenidən əlaqə saxlayacağını deyib. Lakin o gün-bu gün oğlundan heç bir xəbər yoxdur. 3 aylıq körpəsi olan dənizçi haqqında məlumatı valideynləri yalnız ANS telekanalından aldığını, digər qurumlardan isə onlara heç bir xəbər verilmədiyini  deyir.

İtkin düşən azərbaycanlı dənizçilərin də olduğu “Kalkanlar-1” gəmisinin məxsus olduğu “Gediz” gəmiçilik şirkəti axtarışların həm Türkiyə, həm də qonşu ölkələrin sularında davam etdirildiyini deyir. Şirkətdən verilən məlumata görə, bununla bağlı bütün dünya limanlarına və sahil mühafizə xidmətlərinə artıq məlumat verilib.

Ölkəmizin Türkiyədəki səfirliyinin məsələ ilə bağlı müraciəti əsasında Türkiyə Sahil Mühafizə Xidmətinə radarlar və sputniklə izləmələrin həyata keçirilməsi üçün tapşırıq verildiyini deyir.

Qeyd edək ki, Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğu itkin düşən dənizçilərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə nota da verib. Həm “Gediz” gəmiçilik şirkəti, həm də Azərbaycanın Türkiyədəki səfirliyi gəminin Yunanıstan sularında olduğunu iddia edir. Məsələ ilə əlaqədar Azərbaycanın Yunanıstandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin baş konsulu Samir Məmmədov gəminin axtarışları ilə əlaqədar Yunanıstan Xarici İşlər Nazirliyinə rəsmi müraciət ünvanladıqlarını deyir.  

Yunanıstanın xarici işlər nazirliyi ilə də əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, dünən nazirliyə rəsmi müraciət daxil olub və bu istiqamətdə işlər aparılacaq. Görülən işlərin nəticəsi isə Yunanıstanın Azərbaycandakı səfirliyinə bildiriləcək.

Xatırladaq ki, itkin düşən “Gediz” gəmiçilik şirkətinin “Kalkanlar-1” gəmisi 20 fevralda İstanbulun Tuzla sahilindən Liviyaya Tripoliyə yola düşüblər. Məlumata görə, 3 nəfəri azərbaycanlı olan 4 nəfərlik heyət   gəmini Liviyada təhvil verdikdən sonra təyyarə ilə İstanbula geri qayıtmalıydılar. Ən son məlumat isə 22 fevralda dənizçi Fərid Əliyevdən alınıb. O, öz qardaşı ilə danışaraq güclü qasırğaya düşdüklərini və ölümdən döndüklərini söyləyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh