Azərbaycanlı iş adamı maşınında başından güllələnərək öldürüldü

Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar. Avtosfer.az xəbər verir ki, Pokrovsk Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir. Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A.Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb. İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar. Yaşadığı şəhərdə dəfn olunan iş adamının qətli ilə bağlı cinayət işi başlanılıb, qatillər axtarılır.
Qeyd edək ki, bu günlərdə Donetsk vilayətinin Qorlovka şəhərində də azərbaycanlı iş adamı İlqar Aşurov oğurlanaraq öldürülüb. Cinayəti törədənlər onun avtomobilini və killi miqdarda pulu oğurlayıblar.
Bundan başqa, Pokrovskda “Azərbaycan” Cəmiyyətinin sədri Şahin Bəylərovun mülkləri və iki avtomobili partladılıb. Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












