Azərbaycanlı iş adamının sürücüsünün qatili tapıldı - Moskvada

Moskvadakı "Şeş-beş" restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsinə görə Moskvada yerləşən Osetiya cəmiyyətinin rəhbəri Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnal saxlanılıb. Avtosfer.az azvision.az-a istinadən bildirir ki, istintaqın versiyasına görə, məhz Kobalov və onun oğlu sürücünün qətlini sifariş ediblər. Belə ki, bir həftə öncə qətl törətməkdə şübhəli bilinərək saxlanılan "killer" SK öz izahatında Qeys Məmmədovun sürücüsünü Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnal sifarişi ilə qətlə yetirdiyi etiraf edib.
Qeyd olunub ki, sürücü etnik qruplaşmalar arasındakı biznes sövdələşməsinin qurbanı olub. Həmin etnik qruplaşmaya Azərbaycan və Şimali Osetiya vətəndaşları daxil olub və onların ortaq biznesi olub.
Araşdırma zamanı məlum olub ki, o, Moskvann mərkəzində yerləşən binanın bölgüsü zamanı yaranan narazılıq nəticəsində qətlə yetirilib. Ata və oğula yaxın günlərdə ittiham irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, Qeys Məmmədovun sürücüsü başından güllə ilə vurulub. Daha sonra yataq kisəsinə salınaraq Moskva çayına atılıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












