Azərbaycanlı kişi ermənini döyə-döyə öldürdü: ARVADINA GÖRƏ...

Rusiyanın Saxalin vilayətində avqustun 15-də 37 yaşlı Azərbaycan vətəndaşı 51 yaşlı Ermənistan sakinini döyüb öldürüb. Bu barədə virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir. Qətl milli zəmində yox, qısqanclıq zəminində baş verib. Belə ki, erməni bir neçə il əvvəl narkotik alverinə görə həbs olunanda azərbaycanlı onun birgə yaşadığı qadınla görüşməyə başlayıb. Həmin qadının ermənidən iki uşağı olub.
Erməni həbsdən çıxandan sonra qadın azərbaycanlıdan xahiş edib ki, onu rahat buraxsın. Lakin azərbaycanlı qadından əl çəkməyib, ona tez-tez zəng vurub. Hadisə baş verən gün erməni qeyri-rəsmi arvadı ilə birlikdə tanışına qonaq gedibmiş. Azərbaycanlı onun həmin ünvanda olduğu öyrənərək tanışlarını da götürüb iki avtomobillə ora gedib. Ermənini küçəyə çağıran azərbaycanlı dostları ilə birlikdə onu döyməyə başlayıb. Erməninin davaya tanışı ilə birlikdə çıxdığı bildirilir, lakin qüvvələr qeyri-bərabər olub və aldığı zərbələrdən erməni ölüb. Azərbaycanlı isə həbs olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












