Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.
Təbii olaraq hər kəs şəxsi təyyarələrə sahib ola bilmir. Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər.
Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.
Modern.az saytının Türkiyədəki mənbələrdən əldə etdiyi məlumatlara görə, şəxsi təyyarəsi olan bir neçə imkanlı azərbaycanlı var.
Məsələn, bu sıraya eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov, məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da daxildir.
Verilən məlumata görə, Mübariz Mənsimovun əvvəllər 5 şəxsi təyyarəsi olsa da, hazırda 1-i qalıb. Onun şəxsi təyyarəsi ilə İstanbuldan birbaşa Amerika Birləşmiş Ştatlarına uçmaq olur.
Bir müddət əvvəl müflis elan olunmuş Azərbaycan əsilli iş adamı Telman İsmayılovun 2 şəxsi təyyarəsi olub, lakin indi yoxdur. Həmçinin Anar Məmmədovun da bir təyyarəsi olub, hazırda isə yoxdur. Məlumata görə, daha bir azərbaycanlı məmur hələ də İstanbula şəxsi təyyarəsi ilə gedib-gəlir.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










