Azərbaycanlı milyarderin arvadına aldığı lüks yaxta tapıldı - FOTO

ABŞ-da həbsdə olan azərbaycanlı iş adamının həyat yoldaşına bağışladığı bahalı yaxtası üzə çıxdı. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, əslən Cənubi Azərbaycan olan Rza Zərrab həyat yoldaşı Ebru Gündəşlə ailə qurduqdan sonra lük yaxtasını "60 years" (60 il) adlandırıb.
Cütlük müntəzəm olaraq bu yaxta ilə dəniz səyahətinə çıxıb. lakin iş adamı həbs edildikdən sonra yaxta suya endirilməyib. 45 metrlik yaxta hazırda Bodrumda limanda saxlanılır. Bahalaəı dəniz gəmisinin işçiləri işdən çıxarılıb. Özü isə limanda demək olar ki, tərk edilib. Onun Zərrabın müsadirə edilən əmlakının siyahısında olub-olmadığı bəlli deyil.
Xatırladaq ki, yaxtanın adı evlənirkən Zərrabın həyat yoldaşına " 60 il heç ayrılmayacağıq" sözündən götürülüb. Zərrab hətta bu ifadəni sinəsinə döymə etdirib, lüks villasının girişində də yazdırıb. 7 milton avro dəyəri olan yaxta 2012-ci ildə suya endirilib. Əslən Cənubi Azərbaycandan olan R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib. Hazırda iş adamının məhkəməsi gedir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












