Azərbaycanlı müğənnilərin cərimələri – SİYAHI

Avtosfer.az xəbər verir ki, bu barədə atv.az sənət adamlarının avtomobillərinin daha çox hansı səbəbdən cərimələndiyini öyrənməyə çalışıb.
Elza Seyidcahan: “Çalışıram ki, qayda-qanunu pozmayım. Amma tədbirə tələsəndə bəzən qaydaları pozuram. Buna görə də cərimələnirəm. Ən yüksək məbləğdə ödədiyim cərimə yadımda qalmayıb”.
Nura Suri: “Mən cəmi bir dəfə 20 manat cərimə olunmuşam. Səbəb isə maşını düzgün yerdə saxlamamağım idi”.
Ədalət Şükürov: “Əvvələr tez-tez radara düşürdüm. İndi ayda bir dəfə ya düşəm, ya da yox. Cərimələrimin çoxu yüksək sürətə görə olub. Bəzən tədbirə, efirə tələsirəm”.
Emil Bədəlov: “Cərimələrim yüksək sürətə görə olub. Bir dəfə yığılıb qalan cərimələrimi ödəməyə getdim, 2500 manat idi”.
Manaf Ağayev: “Çox cərimələrim olmayıb. Tələsəndə sürəti bir az yüksəldirəm, ona görə cərimələnirəm”.
Əlikram Bayramov: “Bir dəfə Yevlaxa toya gedirdim. Toya gecikdiyim üçün avtomobili yüksək sürətlə idarə etdim. Həmin gün yollarda o qədər radara düşdüm ki, Yevlax səfərim 685 manat cərimə ilə nəticələndi”.
Baloğlan Əşrəfov: “Yol polisləri mənə çox hörmət edirlər. Amma mən də bu hörmətdən sui-istifadə etmirəm. Qayda qanunlara bacardığım qədər əməl edirəm. Hərdən elə hallar olur ki, canlı efirə gecikməmək üçün və ya hansısa məclisə vaxtında çatmaq üçün sürəti bir az artırmışam. Buna görə 1-2 dəfə cərimələnmişəm”.
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO










