Azərbaycanlı pilotlar Rusiya səmasına qalxacaqlar

Rusiyanın Ryazan vilayətində keçiriləcək "AVİADARTS - 2016" müsabiqəsində Azərbaycandan olan pilotlar da iştirak edəcəklər. Avtosfer.az anspress-ə istinadən bildirir ki, "Dubroviçi" aviapoliqonunda baş tutacaq müsabiqədə Rusiya hərbi kosmik qüvvələrinin pilotlarından başqa, Çin, Belarus, Qazaxıstan, Pakistan və Azərbaycan Hərbi Hava Qüvvələrindən olan komandalar iştirak edəcək.
Birinci iki yeri tutan pilotlar avtomobillə mükafatlandırılacaqlar.
"AVİADARTS" hərbi pilotlar arasında şərti düşmənin hava hücumundan müdafiə sistemlərinin dəf edilməsi, idarəolunmayan raketlər, aviasiya silahları və idarəolunan tankəleyhinə raketlər vasitəsilə yerdə olan hədəflərin vurulması üzrə tapşırıqları icra edəcəklər.
Azərbaycan pilotlarının qatıldığı sonuncu təlimlər "Anadolu Qartalları" olub. Mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak ediblər. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












