Azərbaycanlı "Range Rover"i kirayə götürüb İraqa qaçırmaq istədi, yaxalandı

Türkiyədə 32 yaşlı Azərbaycan əsilli Gürcüstan vətəndaşı H.İ. 550 min lirəlik avtomobil oğurluğuna görə saxlanılıb. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl Beşiktaş bölgəsində baş verib. Azərbaycanlı H.İ. türk A.Y. ilə birlikdə avtomobil kirayələmək üçün kirayə şirkətinə müraciət edib. 550 min lirə dəyərində "Range Rover"i 5 günlük kirayələsə də, sonra içərisində GPS cihazını söküb. Avtomobili kirayələdiyi müddətin keçdiyini və onun yerini təyin edən cihazla əlaqənin itdiyini görən şirkət rəhbərliyi polisə müraciət edib. Məlum olub ki, maşını kirayə götürən şəxslər onu Şırnak vilayətinin Silopi bölgəsinə gətiriblər. Burada isə onu İraqa keçirmək üçün 500 dollar qarşılığında A.K. adlı şəxsə təslim ediblər. O, avtomobilə saxta nömrə taxılaraq İraqın Duhok bölgəsinə keçirmək üçün sərhəddə beş gün növbəyə dayanıb. Avtomobil kirayə mərkəzinin sahibi Sinan Dəmirin polisə müraciəti əsasında əməliyyat başladılıb və polis Şırnakın Uludərə ərazisində sərhəddən keçmək istəyərkən avtomobili saxlayıb. Maşını sərhəddən keçirmək istəyən şəxsdən başqa daha 3 nəfər saxlanılıb. Polisdə ifadə verdikdən sonra təqsirkarlar məhkəməyə qədər sərbəst buraxılıblar. Cip isə sahibinə təslim edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












