Azərbaycanlı rus dünya çempionunu niyə öldürüb? - Təfərrüat

Xəbər verdiyimiz kimi, ötən gün azərbaycan əsilli Rusiya vətəndaşı 1992-ci il təvəllüdlü Anar Allahverənov pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu döyərək öldürüb. Xabarovsk şəhərində baş verən hadisədə təqsirli bilinən A.Allahverənovun saxlanıldığı bildirilsə də, sonrada məlumat rəsmi qurumlar tərəfindən təkzib olunub. Hazırda onun axtarışlarının davam etdirildiyi bildirilib. Avtosfer.az xəbər verir ki, AzVision.az hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Qaydasız döyüş idman növü ilə məşğul A.Allahverənovun yaxınları bildiriblər ki, idmançılar arasında dava “çuşka” sözünün üstündə düşüb: “Anar idmanla məşğul olsa da, sadə oğlandır. O, istəməzdi ki, belə hadisə olsun. Bildiyimizə görə Andrey Anara sataşıb, ona “çuşka” deyib. Aralarında mübahisə düşüb. Andrey nalayiq sözlər işlədib. Bundan sonra dava başlayıb. Anarın onu öldürmək niyyəti olmayıb. Sadəcə çox əsəbiləşib, hisslərini cilovlaya bilməyib. Biz indiyədək Anarın haqsız yerə kiminləsə dalaşdığını görməmişik. O, bütün günü idmanla məşğul olurdu. Dəfələrlə yarışlarda yüksək nəticələr göstərib”.



_3006608840.jpg)
_1503304161.jpg)
_1503304018.jpg)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












