Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

İyulun 1-dən xarici ölkə sürücülük vəsiqələri ilə Rusiyada işə düzəlmək olmayacaq. Avtosfer.az "istipress"ə istinadən xəbər verir ki, bu qanun pozuntusu baş verəcəyi halda sürücüləri 50 min rubl - 1500 manata yaxın cərimə gözləyir. "Yol hərəkətinin təhlükəsizliyi haqqında" qanuna dəyişiklik hələ 2013-cü ildə qəbul olunsa da, nəqliyyat şirkətləri hazır olmadığı üçün icrası yubanırdı. İndi Rusiya Federasiyasının sürücülük vəsiqəsini almaq üçün müraciət edilsə belə, iyula qədər xeyli az vaxt qalır. Bunun üçün mütləq sürücülük məktəbinə qəbul olub, oxumaq və imtahan vermək tələb olunur. "Taksist" Həmkarlar Təşkilatının rəhbəri Yaroslav Şerbinin hesab edir ki, təkcə Moskvada sürücülərin 20 faizi problemlə qarşılaşacaq. Çünki onların əksəriyyətinin vəsiqəsi Özbəkistan və Tacikistanda verilib. Moskva Sürücülük Məktəbləri İttifaqının sədri Aleksandr Açkasov bildirib ki, xarici vətəndaşlar indidən özlərinə "vasitəçi" axtarmağa başlayıblar. Məqsəd həmin imtahanları "keçməkdir". Çünki onlar heç vaxt sürücülük məktəbi oxumayıblar.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










