Azərbaycanlı sürücünü qarət edənlər yaxalandı

Türkiyədə azərbaycanlı yük maşını sürücüsünü qarət edən şəxslər yaxalanıb. Avtosfer.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu il fevralın 19-da Azərbaycandan Kocaelinin Çayırova qəsəbəsinə gələn Ayel Q. yük maşınını qəsəbədəki dayanacaqlardan birində saxlayıb. Bu zaman üzü maskalı 3 nəfər Ayel Q.-yə hücum çəkib, onu təhdid edərək əllərini bağlayıb. Sürücünün üzərində olan 800 dollar, 400 lirə, mobil telefonu götürən soyğunçular bununla da kifayətlənməyib, yük avtomobilini də aparıblar. Olayla bağlı araşdırmalara başlayan Türkiyə polisi yük maşınının Ankarada ehtiyat avtomobil hissələrinin satışı ilə məşğul olan U. K.-yə 45 min lirəyə çatıldığını üzə çıxarıb. U. K. saxlanılıb. Ötən gün polisin İstanbulda apardığı əməliyyat zamanı S. Ç, Y. Y. və S. D. də yaxalanıb. Şübhəlilərdən S. Ç. barədə məhkəmənin oğurluq, saxtakarlıq və dələduzluqla bağlı 2,3 il azadlıqdan məhrumetmə qərarı olduğu da məlum olub. S. D. isə şəxsi əmlaka ziyan vurma ilə əlaqədar axtarışda olub.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










