Azərbaycanlı turistlərə xəbərdarlıq - Bu ölkələrə getməyin!

Novruz bayramı ərəfəsində ölkəmizə keçən illərə nəzərən daha çox turistin gələcəyi proqnozlaşdırılır. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
O bildirib ki, Azərbaycanda hər il olduğu kimi, Novruz bayramı xüsusi ab-hava ilə keçiriləcək:
“İstər Bakı şəhərində, istərsə də regionlarda keçirilən Novruz bayramı şənlikləri turistlərdə böyük məmnunluq, xoş təəsürat yaradır. Bu bayram əsl xalq bayramıdır. Xüsusilə Orta Asiyadan gələn turistlər haqqında qeyd edə bilərəm ki, həmişə Novruz bayramı barəsində xoş təəssüratlarını qeyd ediblər”.
Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycana bayram ərəfəsində ən çox turist İran İslam Respublikasından gəlir: “Düzdür, İranda da Novruz bayramı yüksək səviyyədə keçirilir. Amma odlar yurdumuzda daha maraqlı keçirildiyi üçün iranlı vətəndaşlar da bizim ölkəyə üz tuturlar. Bundan başqa ərəb ölkələrindən, Rusiyadan, Belarusdan, Orta Asiya ölkələrindən xeyli turistin gəlməsi gözlənilir”.
O qeyd edib ki, Azərbaycanda otellər də bu bayrama xüsusi hazırlaşır: “Otellərimizdə gələn turistlər üçün bütün şərait yaradılıb. Eyni zamanda, turizm şirkətləri də bayrama yüksək səviyyədə hazırlaşır. Turistlər üçün Bakı şəhərində ekskursiyalar təşkil etməyi planlaşdırırlar. Bundan başqa, gələn qonaqları regionlarımıza aparmaq üçün proqramlar hazırlayıblar. Təbii ki, ən əsas diqqət Qəbələ-Şəki, Quba-Qusar regionuna yönəldilib”.
Müzəffər Ağakərimov bildirib ki, bu il də turistlərin sayında artım gözlənilir: “Keçən il ölkəmizə gələn turistlər bayramın Azərbaycanda necə təmtəraqla keçirildiyini qeyd etmişdilər. Əcnəbilər daha çox ailəvi .əkildə bayramı ölkəmizdə qeyd etməyi sevirlər. Dediyim kimi, otellərimizdə də hər cür şərait yaradılıb. Bu il də ölkəmizə kifayət qədər turist gəlişi gözlənilir”.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının da müəyyən hissəsi istirahət günlərini xaricdə keçirməyi planlaşdırır:
“Regionlarımızda istirahət etmək istəyən həmyerlilərimiz üstünlük təşkil edir. Daxili turizm Azərbaycanda ildən- ilə inkişaf edir. Regionlarda istirahət etmək onlar üçün daha sərfəlidir. Həm maddi cəhətdən, həm də ölkəmizin stabil, sakit olması səbəbilə. Ancaq xarici ölkələrdə istirahət etməyi nəzərdə tutan həmyerlilərimiz də var. Çexiya, Macarıstan, Bolqarıstan, Türkiyə, BƏƏ və başqa ölkələrə səyahətə gedənlərin sayı az deyil”.
M. Ağakərimov hərbi münaqişələrin baş verdiyi ölkələrə səyahət etməməyi məsləhət görüb: “Yaxın Şərq ölkələri, Misir, Liviya və bu kimi terrorizmin tez-tez baş verdiyi ölkələri qeyd edərdim. Ancaq nisbətən stabil, təhlükədən uzaq olan ölkələrə getmək olar”.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










