Azərbaycanlı zəvvarlar Vətənə dönməyə başlayacaqlar

Azərbaycanlı zəvvarlar bu gün günorta namazını Minada qıldıqdan sonra Məkkəyə gedəcəklər. Avtosfer.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev bildirib.
H.Babayev deyib ki, Məkkədə zəvvarlar Həcc əməllərini bitirəcəklər: "Bu gün bütün zəvvarlar Məkkəyə gətiriləcək və onlar Həcc əməllərini başa vuracaqlar. Zəvvarların birinci qrupunun Mədinəyə dönüşü sentyabrın 16-da başlayacaq. Hacılar Azərbaycana sentyabrın 19-dan gəlməyə başlayacaqlar. Onlar hər gün iki reys olmaqla Bakıya sentyabrın 19-u, 21-i və 22-si tarixlərində gətiriləcəklər".
H.Babayev onu da qeyd edib ki, zəvvarların sağlamlıq vəziyyətləri normaldır: "Zəvvarlarımız arasında ağır xəstələnənlər yoxdur. Bir-iki nəfərdə günvurma, iki qadında isə ürək çatışmazlığı problemi yaranmışdı ki, onlara da həkimlərimiz tibbi xidmət göstərib. Hazırda vəziyyətləri yaxşıdır".
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












