Azərbaycanlılar biznesmenə və arvadına hücum etdilər - FOTO

Ukraynada azərbaycanlılar biznesmenə və həyat yoldaşına hücum edib. Avtosfer.az anspress-ə istinadən bildirir ki, hadisə Pervomayski rayonunda qeydə alınıb. "Mersedes-sprinter" avtomobili ilə hərəkət edən ər-arvada bir neçə şəxs hücum edib. Şübhəlilərdən biri sürücü ilə əlbəyaxa olub. Digər iki nəfər isə mikroavtobusda axtarış aparıb.
Basqınçıların üzü corabla örtülü olub. Onlar maşından iş adamının əl çantasını və mobil telefonunu oğurlayıblar. Əl çantasının içərisində isə 70 min qrivin (təqribən 4179 manat) pul olub. Oğurluq edən 3 nəfər hadisə yerindən qaça bilib.
Amma elə həmin gün axşam əməliyyatçılar quldarlardan birini saxlamağa müvəffəq olublar. Məlum olub ki, saxlanılan şəxs 28 yaşlı Azərbaycan vətəndaşıdır və bu ilin martında Ukraynaya gəlib. Gəncin sözlərinə görə, Pervomaysk şəhərinə bu hadisəni törətməmişdən bir həftə əvvəl bir neçə həmyerlisi ilə birgə məhz soyğunçuluq məqsədi ilə gəlib.
Quldurlar iş adamının nə vaxt, hansı istiqamətdə hərəkət etdiklərini qabaqcadan öyrəniblər. Buna görə iş adamının maşının hərəkət etdiyi yola maneə törətmək üçün maşın şinləri düzüblər. Maneəni görüb maşından düşən iş adamına məhz bu zaman hücum edilib.
Pervomaysk rayon bölməsindən verilən məlumata görə, saxlanılna şəxs başqa ölkənin vətəndaşı olduğu üçün bu barədə Azərbaycanın Ukraynadakı konsulluğuna məlumat verilib.
Həmyerlilərimizin oğurluq üstündə xarici ölkələrdə saxlanılması ilk belə hal deyil. Bu ilin aprelin 26-da Rusiyada evlərdən oğurluq edən Azərbaycan vətəndaşı saxlanılıb. Hadisənin ölkənin Bryansk şəhərində baş verdiyi deyilir.
Martın 30-da polisə şəhərdəki mənzillərdən birində oğurluq hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, oğru evdən qızıl əşyalar, noutbuk və 160 min rubl (təqribən 3 728 manat) pul götürüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı azərbaycanlı saxlanılıb. Onun üzərindən oğurladıqlarının bəziləri götürülüb. Oğurlanan əşyalar sahiblərinə qaytarılıb.


İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












