Azərbaycanlılara hücum edən ermənilər məsuliyyətə cəlb olundu

Ukraynanın Lvov şəhərində azərbaycanlılara silahlı hücum edən ermənilərin sayı məlum olub. Lvov birləşmiş azərbaycanlıları konqresinin sədri Teymur Məmmədovun APA-ya verdiyi xəbərə görə, şəhər polisinin rəhbərliyi bununla bağlı məlumat verərək bildirib ki, hücum edən ermənilərin sayı 25 nəfər olub. Hadisə ilə bağlı onlara qarşı yerli polis tərəfindən cinayət işi açılıb. Onlar barəsində Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə xuliqanlıq, etnik qarşıdurma yaratma və həyati təhlükə yaradan sağlamlığa ağır zərərvurma ittihamları cinayət işi başlanıb, axtarış elan edilib.
Onların adları məlumdur, lakin əməliyyat sirri olduğu üçün açıqlanmır.
Xatırladaq ki, 12-15 may tarixlərində Ukraynanın Lvov şəhərində uşu-sando üzrə Avropa birinciliyi keçirilib. Həmin vaxt yarışda separatçı "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi dava baş verib. Mayın 16-da isə bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












