Azərbaycanlıların olduğu avtobus aşdı - 11 yaralı, 7-si uşaqdır

Rusiyada içərisində azərbaycanlıların olduğu mikroavtobus aşıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzada yeddisi uşaq olmaqla 11 nəfər yaralanıb. Avtobusun Nijni Novqoroddan Bakıya yola düşdüyü bildirilir.
***
Rusiyada baş vermiş yol qəzasında xəsarət almış Azərbaycan vətəndaşlarının kimliyi məlum olub. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev qəzaya uğramış mikroavtobusun heç bir nəqliyyat şirkətinə məxsus olmadığını, özəl daşınmaları həyata keçirdiyini bildirib. Hadisə zamanı avtobusda 2 sürücü, 4 qadın və 8 azyaşlı olub. Qəza zamanı Azərbaycan vətəndaşları – Abbasova Yasəmən (2003-cü il təvəllüdlü), Abbasov Vasil (2005-ci il təvəllüdlü), Ələsgərov Rəhim (1969-cu il təvəllüdlü), Heydərov Vadif Qara oğlu (1951-ci il təvəllüdlü), Yusubova Ülfət (1982-ci il təvəllüdlü), Yusubov Rəvan (2008-ci il təvəllüdlü), Yusubov Natiq (2006-cı il təvəllüdlü), Yusubov Ravil (2013-cü il təvəllüdlü), Yusubov Məmləkət (2005-ci il təvəllüdlü) və Əliyeva Günay (1981-ci il təvəllüdlü) xəsarət alıblar.
Qeyd edək ki, yaralılardan bəziləri bir ailənin üzvləri və qohumlardır. Qəza nəticəsində ümumilikdə 12 nəfər xəsarət alıb. Onlar Komsomolsk xəstəxanasına çatdırılıblar və yaralılara tibbi yardım göstərilib. Hadisə zamanı ağır xəsarət alan olmayıb. Xəsarət alanların vəziyyətinin normal olduğu bildirilir.
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










