Azərbaycanlılarla çeçenlər arasında dava - Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib. Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra hadisə yerindən uzaqlaşan azərbaycanlılar çox keçmədən polis tərəfindən saxlanılıb. Avtomobildə 27-32 yaş arası 4 nəfər şəxs olub. Onların üzərinə və avtomobilə baxış zamanı 4 bıçaq, elektroşoker və tapança aşkar edilərək götürülüb.
İstintaq Komitəsinin paytaxt üzrə Baş İdarəsindən məlumat veriblər ki, insan ölümü ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndi üzrə (ölümlə nəticələnən ehtiyatsızlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












