"Azercell" qiymətləri qaldırır

Ölkənin ən böyük mobil operatoru olan "Azercell" şirkəti tarifləri artıra biləcəyini elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev fins.az-ın sualına cavab verərkən bildirib. Onun sözlərinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib və 2015-ci illə müqayisədə bu il "Azercell" şirkətinin gəlirləri azalıb: "Azercell"in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib. Biz çalışırıq ki, müştərilərimiz bunu hiss etməsin. Xidmətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq».
Şirkət rəhbəri "Azercell"in bu il tarifləri artırmaq planları ilə bağlı suala cavab verərkən bildirib ki, şirkət tarifləri artırmamağa çalışacaq. Amma bu baş versə də qiymət artımı ciddi olmayacaq: "Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq".
V.Mürsəliyev əlavə edib ki, şirkət işçilərini ixtisar etməyəcək: "Çünki, mən indiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram. Biz xərclərimizə ciddi nəzarət etsək, heç buna ehtiyac da qalmayacaq. Ümumiyyətlə, biznesin əsas şərti xərclərə doğru nəzarət etməkdir. İstənilən şirkət xərclərinə düzgün nəzarət edərsə, işçi ixtisarına da gərək olmaz".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












