Azercell satışa çıxarılıb? - Rəsmi açıqlama

Azercell-in səhmləri satışa çıxarılıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera Azərbaycanın ən iri mobil rabitə operatorundakı səhmlərini satmaq qərarına gəlib. Əldə etdiyimiz məlumata görə, TeliaSonera-nın Azercell-dəki payına artıq müştəri də tapılıb. Bildirilir ki, Türkcell şirkəti Azercell-in 59 faizlik payının yeni sahibi olmaq istəyir.
Xatırladaq ki, "TeliaSonera" şirkəti ötən ilin belə bir bəyanat yaymışdı ki, telekommunikasiya nəhəngi tədricən Avrasiya regionundan çıxaraq əsasən biznesini Avropa regionuna yönəldəcək. Bəyanatda deyilirdi ki, şirkət tədricən Avrasiya regionundan tamamilə çıxacaq. Bəyanatda qeyd edilən Avrasiya regionuna postsovet respublikaları və Nepal daxildir.
***
Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya "Qafqazinfo"ya açıqlamasında bildirib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir:
"Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.
Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri - mehdud müddətə uzadılmış hesab edilir".
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR










