“Azercell"dən Cocuq Mərcanlı xəyanəti - Şirkət Azərbaycan torpağını "satdı" - FOTO

“Azercell” Azərbaycan torpağını İran ərazisi kimi təqdim edir. Bu, Yenicag.az-ın əməkdaşının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı bəlli olub. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olan bu kəndə daxil olar-olmaz telefona “İrana xoş gəlmisiniz” mesajı gəlir. Bu azmış kimi “Azercell” müştəriyə öz doğma yurdumuzda rouminq xidməti də təklif edir.
Məsələ burasındadır ki, Cocuq Mərcanlı kəndi ilə maraqlananlar arasında əcnəbi turistlər də olur. Belə olan halda, şəhidlərin qanı hesabına düşməndən geri alınan Lələ təpənin ətəyində yerləşən əraziyə yollanan turistin telefonuna “İrana xoş gəlmisiniz” sms-i gəlsə, o, nə düşünər?
Qeyd edək ki, Avropada ölkələrarası sərhədlər simvolik xarakter daşıdığından bir ölkədən o birinə avtomobillə keçərkən, yalnız mobil telefonunuza gələn sms ilə ölkə sərhəddini keçdiyinizi anlayırsınız. Məsələn, Hollandiyadan Almaniyaya keçərkən, o mesajı aldıqda, hansı ölkə ərazisinda olduğunuzu bilirsiniz. Bu məntiqlə, Cocuq Mərcanlıya səfər edən bir avropalı bir anda özünü İran ərazisində hiss edəcək.
Nəzərə alsaq ki, İranın Azərbaycan ərazilərinə iddiası var, “Azercell”in bu “xidmət”i ilə fars rejiminə xidmət etdiyini desək, yanılmarıq. İnanırıq ki, müvafiq dövlət qurumları bu təxribatın qarşısını alacaqlar. Bununla həm də orada yaşayan insanlarımızın mobil telefon xidməti ilə bağlı çəkdikləri əziyyətə də son vermək olar.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










