“Azərenerji” 15 ədəd “NAZ Lifan” alıb

“Azərenerji” ASC 15 yeni “NAZ Lifan” markalı avtomobil alıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un əldə etdiyi məlumata görə, maşınlar 2016-cı ilin dekabrın sonlarından etibarən istifadəyə buraxılıb. Alınan maşınların bir hissəsi “NAZ Lifan 720” və digər qismi “NAZ Lifan X60” modelləridir. Həmin avtomobillər qurumun istifadəsində olan Sovet və Rusiya istehsalı olan maşınları əvəz edib. ASC bu avtomobillərin alınması üçün ümumilikdə 217,5 min manat vəsait xərcləyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin əvvəllərində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara yerli istehsal olan “Naz-Lifan” avtomobillərini tövsiyə etmişdi. Bu tövsiyədən sonra bir sıra hökumət qurumları öz xidməti maşınlarını “NAZ Lifan”la əvəz edib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










