Banner

"Azəriqaz" yolu qazıb nişan qoymadı, maşın çuxura düşdü - VİDEO

Avtosfer TV 17 Oktyabr 2025 14:00 Oxunub 1040
"Azəriqaz" yolu qazıb nişan qoymadı, maşın çuxura düşdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində avtomobil qazılmış yol çuxuruna düşüb. Hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında baş verib. Məlumata əsasən, avtomobil yolun hərəkət hissəsində açılmış çuxura düşərək orada qalıb. Bu səbəbdən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən qazıntı işləri “Azəriqaz” ASC tərəfindən aparılıb. Bildirilir ki, qazıntı zamanı ərazidə heç bir xəbərdarlıq nişanı qoyulmayıb. Yalnız avtomobillər çuxura düşəndən sonra “Azəriqaz” əməkdaşları əraziyə "təmir işləri aparılır, diqqətli olun" məzmunlu yol nişanları quraşdırıblar.

Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, bu kimi hallara bəzi qurumlar tərəfindən dəfələrlə yol verilib. “Belə hadisələr nəticəsində vətəndaşlara ciddi maddi ziyan dəyib, bəzən isə xəsarət alanlar da olub. Bu kimi hallarla üzləşən vətəndaşlar mütləq məhkəməyə müraciət etməli və dəymiş zərərin ödənilməsini həmin qurumdan tələb etməlidirlər. Qanunvericilik bu hüququ tanıyır”.

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh