“Azərpoçt” media ilə əməkdaşlığını genişləndirir - VİDEO

“2021-ci ildən etibarən “Azərpoçt” yenilənmə dövrünə qədəm qoyub, mövcud bizneslərini genişləndirir və yeni xidmət sahələrini vətəndaşların istifadəsinə verir”.
Avtosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova oktyabrın 6-da Nizami Kino Mərkəzində “Azərpoçt” MMC və Azərbaycan Televiziyası (AzTV) tərəfindən birgə hazırlanan “Səssiz ünsiyyət” bədii-sənədli filminin təqdimatı zamanı deyib.
Afaq İbrahimova bildirib ki, qurum ötən dörd il ərzində ictimaiyyət və media ilə ikitərəfli kommunikasiya quraraq, həyata keçirilən işlər barədə mütəmadi məlumat verib.
“Bugünkü tədbirimiz də məhz bu əməkdaşlığın növbəti nümunəsidir. Azərbaycan Dövlət Televiziyasının təşəbbüsü ilə “Azərpoçt”un ən qədim məhsulu olan poçt markasına həsr olunmuş ‘Səssiz ünsiyyət’ filmi ərsəyə gəlib. Filmdə markanın səssiz ünsiyyət vasitəsi kimi insanların və dövlətin həyatında oynadığı əsas rola diqqət çəkilib”, – deyə Afaq İbrahimova vurğulayıb.
Tədbirin ikinci hissəsində isə “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda media müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin əsas məqsədi jurnalistlərin həm dünyada, həm də Azərbaycanda poçt sahəsində başverən dəyişiklikləri işıqlandırmaq idi.
“Biz çox gözəl nəticələrlə tanış olduq, çox dəyərli yazılar təqdim olundu. Bu münasibətlə bütün qalibləri təbrik edir və minnətdarlığımı bildirirəm”, – deyə İbrahimova əlavə edib.
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO










