“Azerspace-2” peyki orbitə çıxarılacaq

“Biznesin davamlılğını təmin edəcək “Azərspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, “Azərspace-2” peykinin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. “Azərspace-2” hazırkı əhatə dairəsini genişləndirəcək, bu da bizə müştərilərimizə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azərspace-2” peyki orbitə buraxılmamış tutumların 46%-i artıq satılıb”, -deyə R.Nəbiyev vurğulayıb.
O bildirib ki, “Azərsky” peyki üzrə əldə olunan gəlirlərin 98%-i xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2020-ci illərdə yerin peyk vasitəsi ilə məsafədən müşahidəsi xidmətinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb: “Dövlət qurumlarında bu xidmətdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi sözügedən proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, dövlət proqramının qəbul olunması növbəti 5 ildə məsafədən idarə olunma xidmətinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsi ilə dövlət idarəetməsinin effektliyini artırar və bu sahə üzrə elmi-tədiqat və ixrac potensialını yüksəltmiş olar”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












