“Azərsu” rəsmisi Hövsanda suyu maşınlarla satmaq üçün kəsib? - AÇIQLAMA - VİDEO

Hövsan qəsəbəsindəki bağlar massivinin su qıtlığından şikayətçi sakinləri iddia edirlər ki, ərazidə suyu maşınla satmaq üçün kəsirlər.
Oxu.az-a daxil olan şikayətə görə, “Azərsu” ASC-nin ərazi üzrə sukanal idarəsinin sədrinin 10 ədəd su maşını var və o, yay aylarında suyu sakinlərə ödənişlə satır:
“10 ədəd su maşını var. Hər yaya 1 ton suyu əhaliyə 5 manatdan satırlar. Buna görə də su problemimiz neçə vaxtdır həll edilmir”.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı yayılan iddialara cavab olaraq Oxu.Az-a bildirib ki, bu, həqiqəti əks etdirmir:
“Sözügedən su maşınları fərdi şəxslərindir. Bu məsələnin quruma və qurum rəsmilərinə heç bir aidiyyəti yoxdur”.
10:44
Hövsan qəsəbəsindəki bağlar massivinin sakinləri su qıtlığından şikayətçidirlər.
Xezerxeber.az xəbər verir ki, onların iddiasına görə, su may ayından sentyabr ayına qədər kəsilir. Bu, illərdir ki, belə davam edir.
Sakinlər bildirirlər ki, yay fəsli boyunca suyu maşınla almağa məcburdurlar.
Hövsan sakinləri deyirlər ki, ilboyu normal gələn su məhz may ayında qəfildən kəsilir.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə, əsasən, vətəndaşların özlərinin çəkdikləri fərdi şəbəkələrdir, bu da yay aylarında, suya tələbatın artdığı dövrdə su təchizatının pisləşməsinə səbəb olur.
Bununla bağlı Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən “Azərsu”ya müraciət olunub, eskiz hazırlanıb. Eskizə əsasən, həmin ərazidə təxminən 300 metr uzunluğunda 110 mm diametrində borularla gücləndirici xətt çəkiləcək.
Bundan sonra həmin ərazilər qrafik üzrə su ilə təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI
Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər










