Azərsu yolu qazdı, sürücülər qəzaya düşdü - Köməyə polislər gəldi - VİDEO

Xətai rayonu ərazisində sürücülər çətin vəziyyətə düşüblər. Hətta iki avtomobilin toqquşması ilə nəticələnən qəza da baş verib. Avtosfer.az-a məlumat verən sakinlər bildirib ki, hadisə dünən gecə Xalqlar Dostluğu metrosunun yaxınlığında baş verib. Köməkçi yolda Azərsu ASC tərəfindən yolun qazılmasından sonradan yaranmış çuxur ciddi problem yaradıb. Belə ki, qazıntı aparılan ərazidə iş bitdikdən sonra oranı tərk edən Azərsu ASC-nin əməkdaşları təhlükə barədə heç bir xəbərdarlıq işarəsi qoymayıblar. Nəticədə bir neçə avtomobil çuxura düşüb və zədələnib. Az sonra isə ərazidə çuxura düşməmək üçün qəfil tormozlama edən avtomobili arxadan gələn başqa bir nəqliyyat vasitəsi vurub, sürücü hadisə yerindən qaçıb.
Yaranmış vəziyyətə polis müdaxilə etməli olub. Əraziyə iki polis avtomobili gəlib. Polis maşınlarında mayaklar yandırılıb, sürücülərə təhlükə barədə məlumat verilib. Bununla da ərazidə təhlükəsizlik təmin edilib.
Qeyd edək ki, qaydalara görə, yolda hər hansı qazıntı işi aparılarkən xəbərdarlıq nişanları quraşdırılmalı, sürət endirilməlidir. Bəzi qurumlar özbaşınalıq etdiyi üçün bəzən təhlükəli vəziyyət yaranır.
Əslində isə iş vaxtı işarələr qoyulmalı, sonra isə dərhal asfaltlama işi aparılmalı, yalnız bundan sonra işarələri götürüb oradan getməlidirlər. Amma təcrübədə biz görürük ki, Azərsu haranısa qazırsa işi görüb qurtarandan sonra təhlükəsizliyi təmin etmədən ərazini tərk edirlər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qazılmış hissənin asfaltlanması barədə sifariş öncədən verilsə də, bu proses bəzən bir həftə vaxt aparır. Nəticədə yolda təhlükə və sıxlıq yaranır, qəzalar baş verir.
Elməddin Muradlı
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO










