“Azərsu”yun sədr müavini qəzaya düşdü -2 ölü - FOTOLAR

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub. Teyyub Cabbarovun olduğu "Toyota-avalon" markalı maşın "Qaz-31"lə toqquşub. Qəzada iki nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Teyyub Cabbarovun vəziyyətinin ağır olduğu, hətta komaya düşdüyü bildirilir.
Teyyub Cəfərov
***
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətin rəhbəri Anar Cəbrayıllı sədr müavinin qəzaya düşdüyünü təsdiqləyib: "Teyyub Cabbarov qəzada yüngül xəsarət alıb. Hazırda evdədir, özünü yaxşı hiss edir".
A. Cəbrayıllı qeyd edib ki, qəzada həlak olanlardan iki nəfərdən biri Teyyub Cabbarovun sürücüsü, digəri isə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərovdur.
***
Hadisə şahidləri “Qafqazinfo”ya dəhşətli qəzadan fotolar göndərib. Həmin fotoları təqdim edirik:


İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












