“Azəryolservis” ASC-nin sədri vətəndaşları qəbul edib - FOTO

Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib. Qəbulda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri, aparat rəhbəri və müvafiq olaraq idarə və şöbə rəisləri iştirak ediblər. Qəbula yazılan 50-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənildi. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verdi. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapdı, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alındı.
Qeyd edək ki, “Azəryolservis” ASC-də Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən cəmiyyətin sədri Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO

















