“Azəryolservis”: Yol texnikası saz vəziyyətə gətirilib

Bakı və regionlarda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar “Azəryolservis” ASC-nin Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirib. Yol texnikası və maşın-mexanizmlərin saz vəziyyətə gətirilməsi prosesi icra edilib. Eyni zamanda, zəruri miqdarda texniki duz, yanacaq-sürtgü materialları, habelə qum hazır vəziyyətə gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Bununla belə, A.Nəcəfli sürücüləri də ehtiyatlı olmağa çağırıb: "İndiki hava şəraitində avtomobil sahibləri maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini dəyişdirməlidirlər. Çünki yağışlı və qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur, bu da baş verən qəzaların sayını artırır.
Sürücülər avtomobillərinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, habelə soyuducu sistemlərində donmayan mayelərdən istifadə olunmasına diqqət yetirməlidirlər".
Şirkət rəsmisi əlavə edib ki, hələlik yollarda hər hansı bir problem yoxdur. O, vətəndaşları yolda yaranacaq problemlərlə əlaqədar (012) 599 79 75 nömrəli "Qaynar xətt"ə zəng edə biləcəklərini bildirib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












