"Azəryolservis"dən bəzi dövlət qurumlarına MESAJ

Hansısa yolun təmir müddəti bəzən heç bir həftə də çəkmir. Belə ki, ya ərazidəki müxtəlif xətlər yenilənir, ya da onların köçürülməsi prosesinin həyata keçirilməsinə başlanılır. İstər su, istər kanalizasiya xətlərində bir müddətdən sonra müəyyən nasazlıqlar baş verir ki, həmin xətlərin də yenidən bərpasına ehtiyac yaranır.
Nəticədə isə Bakının gözəlliyinə "gözəllik" qatan yamaqlar meydana gəlir...
Avtosfer.az bildirir ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli modern.az saytına deyib ki, təmiri nəzərdə tutulan küçə və prospektlərdə işə başlamazdan əvvəl, yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan "Azərsu", "Azəriqaz", "Azərişıq" kimi qurumlara müraciət olunur: "Beləcə ərazidə dəyişdirilməsinə ehtiyacı olan köhnə kommunikasiya xətləri varsa, digərləri ilə əvəzlənir. Biz yalnız bundan sonra təmir-tikinti işlərini görürük. Əks təqdirdə həmin yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasına səbəb ola bilər".
A.Nəcəfli deyib ki, zərurət yarandığı zaman həmin qurumlar rəsmi şəkildə "Azəryolservis"ə müraciət edir: "Rəsmi icazə alınır. Həmçinin, qazıntı işləri aparılması istiqamətində tərəfimizdən texniki şərt verilir.
Qeyd edim ki, heç kim hansısa küçədə baş verə biləcək qəzadan sığortalanmayıb. Təbii ki, qazma işləri zərurət yarandığı zaman aparılır.
Adətən təmir işləri qazıntı aparan qurum tərəfindən aparılır.
Bəzi hallarda görürük ki, hər hansı qurum qazıntı apardığı yolu bərpa edir, bir müddət sonra isə ərazidə çökmələr baş verir. Anacaq yaxşı olardı ki, həmin qurum bizimlə müqavilə bağlasın və bərpa işlərini biz özümüz həyata keçirək. Çünki Azərbaycanda yolların təmir-tikinti üzrə ixtisaslaşmış qurumu "Azəyolservis"dir".
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?










