““AzParking”in cərimə yazmağından söhbət gedə bilməz” - Ekspertdən narazılıqlara REAKSİYA

Parklanma zamanı “AzParking” tətbiqini aktiv etməyən sürücülər cərimə olunurlar. Bəzi vətəndaşlar narazılıq edir ki, cərimələri “Azparking” özü müəyyən edir.
Məsələyə aydınlıq gətirən nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, “AzParking”-in cərimə yazmağından söhbət gedə bilməz: “Cərimələr “Yol Hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Qanuna əsasən ödəniş etmədən parklanma yerini tərk etmiş avtomobil sürücüsü cərimələnir. Ödəniş etməyən sürücüyə cəriməni Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları yazır, onun haqqında inzibati qaydada protokol tərtib olunur. “AzParking” əməkdaşları sadəcə qeydiyyat aparır.
Narazılıq edən sürücü zəhmət çəkib, “Yol Hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə nəzər yetirsə, yaxşı olar. Qanuni parklanma yerlərində ödəniş mütləq olunmalıdır, heç kimin burada şəxsi marağı yoxdur”.
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ










