“AzParking” - sosial məsuliyyətli layihədir - VİDEO

“AzParking” şirkətinin yaradılması şəhər mühitində nizam-intizamın formalaşmasına, eyni zamanda yüzlərlə vətəndaş üçün yeni iş imkanlarının yaradılmasına şərait yaradıb. Aparılan sistemli tədbirlər nəticəsində vəziyyət köklü şəkildə dəyişib, parklanma sahəsində yeni və şəffaf idarəetmə mexanizmi tətbiq olunub. Bu gün artıq bütün parklanma ödənişləri rəsmi qaydada toplanır və şəffaf mexanizm əsasında dövlət büdcəsinə yönləndirilir. Hazırda “AzParking” şirkətində 500-dən çox əməkdaş fəaliyyət göstərir. Onların arasında müharibə iştirakçıları, ailə başçıları, övladını tək böyüdən atalar, ali məktəb məzunları və uzun müddət iş tapmaqda çətinlik çəkən şəxslər yer alır. Xüsusilə qeyd edilməlidir ki, bu əməkdaşların bir qismi əvvəllər qeyri-qanuni parklanma xidməti ilə məşğul olan şəxslər olub. Bu gün isə həmin insanlar təlimlərdən keçərək artıq rəsmi iş yerləri ilə təmin olunublar, sosial sığorta və vergi ödəyicilərinə çevriliblər. Bu, həm onların sosial müdafiəsinin güclənməsinə, həm də qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına mühüm töhfə verir.
Beləliklə, “AzParking” təkcə parklanma sisteminin modernləşdirilməsinə deyil, həm də sosial rifahın və ictimai məsuliyyətin artırılmasına xidmət edən bir şirkətdir.
Onu da qeyd etmək istərdik ki, şirkət tərəfindən davamlı olaraq müvafiq sahələr üzrə namizədlərin işə qəbulu prosesi həyata keçirilir. Maraqlı olan şəxslər şəffaf və obyektiv seçim prosesində iştirak etmək üçün CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var










