“Azpetrol” “qaynayır: kimlər vəzifədən çıxarılıb? – Şok iddialar yayıldı - FOTOLAR

“Azpetrol” MMC-nin Baş direktoru Ceyhun Məmmədovun müavinləri – Ruslan Eyyubovun qohumları Əli Kərimli və Etibar Xudaverdiyevin vəzifələrindən kənarlaşdırıldığı iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumata görə, bunun səbəbi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovla bağlı gedən istintaq araşdırmasıdır.

Ceyhun Məmmədov
Qeyd edək ki, mətbuatda yer alan və bu günə qədər təkzib olunmayan məlumatlarda “Azpetrol”un Ruslan Eyyubova məxsus olduğu yazılır. Şirkətin direktor müavinləri Əli Kərimli və Etibar Xudaverdiyev isə həbs olunan Ruslan Eyyubovun qohumlarıdır.

Əli Kərimli
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, hazırda sözügedən şirkətdə yoxlama aparılır. Elə bu səbəbdən də Əli Kərimli və Etibar Xudaverdiyev vəzifələrindən kənarlaşdırılıblar.
Məlumata görə, yaxın günlərdə “Azpetrol” MMC-də səhmdarların toplanacaq və mühüm qərarlar qəbul ediləcək.

Etibar Xudaverdiyev
Mövzu ilə bağlı “Azpetrol”un mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı “Azpetrol”un Ruslan Eyyubova məxsus olması, şirkətdə yoxlamaların getməsi və müavinlərin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı bütün suallara “həqiqəti əks etdirmir” deyə ümumi bir cavab verməklə kifayətləndi. Şirkətn səhmdarlarının kimliyi ilə bağlı sualları isə cavablandırmaq istəmədi.
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə











